Əmrə Kaya azərbaycanlıdır?

Türkiyəli müğənni Əmrə Kaya Bakıya gəlib. SİA-nın verdiyi xəbərə görə, ifaçı verilişlərin birinidə əslən azərbaycanlı olduğunu etiraf edib. "Azərbaycanlı müğənnilərə bəstə verməyi düşünsünüzmü" sualına ifaçı belə cavab verib: "Əslən azərbaycanlı olsam da, ilk dəfədir ki, Bakıya gəlirəm. Mən də istəyərəm öz həmyerlilərimlə iş birliyim olsun. Onların albomlarında mənim də mahnılarım yer alsın. İnşallah, istəyən olarsa, bəstələrimdən verməyə hazıram".

Qeyd edək ki, Əmrə Kaya noyabrın 10-da məkanların birində konsert verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə