Türkiyəli müğənni Murat Bozun 6 il bundan əvvəl başlayan məhkəmə işi başa çatıb. SİA-nın verdiyi xəbərə görə, məhkəməyə ifaçı özü yox, vəkili Polat Dilli qatılıb. Stardium Musiqi Şirkəti müğənninin onlardan xəbərsiz qatıldığı konsertlərə görə 500 min dollarlıq ziyandan 150 min lirəsini ödəməsini tələb edib. Murat Boz isə albomu və klipi söz verdikləri vaxtda təhfil verilmədikləri üçün şirkətdən 33 min lirə təzminat istəyib. Məhkəmə sənətçinin iddiasını rədd edib. Qərara əsasən çalışdığı şirkətdən xəbərsiz 45 konsert verdiyi və müqaviləni haqsız yerə ləğv etdiyinə görə Murat şirkətə 105 min lirə (təxminən 38 min dollar) təzminat ödəyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB