Ramalı kimlər bəyəndi?

Müğənni Ramal İsrafilov vətəni tərk edib. SİA-nın verdiyi xəbərə görə, ifaçı Gürcüstana üz tutub. Sənətçinin oraya getməsinə səbəb klip çəkilişləri ilə bağlıdır. Gürcüstanın paytaxtı Tiflis şəhərinə yollanan Ramal "Tbilisi Fashion week"-də də iştirak edib. 2015-ci ilin geyim kolleksiyasını təqdim edən "fashion week"-də, müğənnini foto model olaraq bəyəniblər.

Qeyd edək ki, Ramal paytaxta gəldikdən sonra, "Dərdliyəm" adlı mahnısına ekran işi verdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə