Məşhurlar kinoya çəkilir

Rejissor Nail Naiboğlu yenilik edəcək. Bu haqda SİA-ya danışan rejissor kino çəkdiyini deyib: "Dramaturq Ramiz Abdullayevin "Biznesmen" əsəri əsasında kino lentə alıram. Həmin film komediya janrındadır. Kinoda baş qəhrəman Əliabbas rolunu aparıcı Anar Nəcəfli oynayacaq. Bu ekran işində xalq artisti Arif Quliyev, modelyer Fəxriyyə Xələfova, aktrisa Xuraman Əlizadə, aparıcı Kamran Quliyev və başqaları rol alacaq. Çəkilişlərə noyabrın sonlarında başlanılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə