"Kurtlar Vadisi" serialının çəkilişləri zamanı keçirdiyi qəzadan sonra çənəsindən əməliyyat olunan Necati Şaşmaz ötən gün xəstəxanadan evə buraxılıb. SİA-nın verdiyi xəbərə görə, aktyor günorta saatlarında müalicə aldığı xəstəxanı mediadan gizlin tərk edib. Yaxınlarının köməyi ilə təkərli kürsü ilə xəstəxanadan çıxan məşhur aktyorun üzünə qoruyucu maska taxılıb.
Qeyd edək ki, Necati Şaşmaz müalicəsini bundan sonra evdə davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB