Hansı məşhurumuz “mer” olacaq FOTOLAR

Hansı məşhurumuz “mer” olacaq FOTOLAR

"Nargis" Nəşriyyat Evinin təşkilatçılığı ilə tezliklə Fəvvarələr Meydanında "Soyuq Əllər, İsti Ürək" adlı Yeni İl Xeyriyyə Yarmarkası keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, bu haqda yarmarkanın rəsmi "Facebook" səhifəsində yazılıb. Həmin günlər ərzində şəhər sakinləri bayram ab-havasından həzz alaraq, yarmarkanın məşhur qonaqları ilə ünsiyyətdə olmaq imkanı qazanacaqlar. "Soyuq Əllər, İsti Ürək" şənliyini daha rəngarəng və maraqlı etmək üçün "NARGIS" komandası hər il yarmarkanın siması olaraq, mer seçmək qərarına gəlib. Yarmarkanın meri – 1 ay müddətində insanları xeyriyyə layihəsinə qoşulmağa səsləyəcək. Bəyəndiyiniz və layiq bildiyiniz namizədi dəstəkləmək üçün onun fotosunu "bəyənmək" kifayətdir. Seçimlər noyabrın 25-dək davam edəcək. Namizədlər arasında əməkdar artist Tünzalə Ağayeva, şoumen Murad Dadaşov, aktyor-rəssam Bəhram Bağırzadə, müğənni Miri Yusif və Nigar Camal yer alıb.

Qeyd edək ki, yarmarka ənənəvi olaraq, xeyriyyə məqsədi daşıyır. Əldə olunan gəlir Bakının Buzovna qəsəbəsində yerləşən 9 saylı "Qocalar Evi"nə bağışlanacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə