Ayan Babakişiyeva yenilik edəcək FOTO

Ayan Babakişiyeva yenilik edəcək FOTO

Müğənni Ayan Babakişiyeva repertuarına rəng qatan yeni mahnısı üzərində çalışır. SİA-nın verdiyi xəbərə görə, ifaçı bir çox mahnıların müəllifi Tural Bayrəməliyevlə bir araya gələrək "Səndən sonra" adlı mahnısını tamaşaçılara təqdim edəcək. Bəstənin sözləri və musiqisi Turala aiddir. Bu səpkidə mahnı Ayanın yaradıcılığında yenidir. Hazırlıq prosesi tamamlanmaq üzrə olan "Səndən sonra"da müxtəlif alətlərin ifası yer alıb və türkiyəli musiqiçilər tərəfindən səsləndirilib.

Qeyd edək ki, sözügedən bəstəyə ekran işi də veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə