Türkiyəli ifaçı ilə yerli müğənnimiz bir araya gələcək

Türkiyəli ifaçı ilə yerli müğənnimiz bir araya gələcək

Türkiyəli ifaçı Emre Kaya Azərbaycana gəlir. SİA-nın verdiyi xəbərə görə, sənətçi bu həftə Bakının qonağı olacaq. Sənətçi noyabrın 10-da məkanların birində çıxış edəcək. Onunla eyni səhnəni yerli müğənnimiz Sevinc Ağaşirinova bölüşəcək.

Qeyd edək ki, E. Kaya "Apayrı", "Sorma", "Ayna", "Teşəkkür edərim", "Yaz yağmuru" kimi sevilən mahnıları ilə tanınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə