Sevinc maraqlı etiraf etdi

Müğənni Sevinc Ağaşirinova yol hərəkəti qaydalarından danışıb. SİA-ya açıqlama verən ifaçı bunları deyib: "Maşın sürərkən qaydalara çox fikir verirəm. Amma kəmər taxmağı unuduram. Yol polisini görəndə kəmərdən istifadə edirəm. Çünki kəmər taxanda çox narahat oluram, amma qaydalarımız hamıya aiddir. Ən əsası odur ki, sürətlə avtomobil idarə etmirəm. Xüsusilə deyim ki, bu günə kimi avtomobil qəzasına düşməmişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə