Xanəndəmizə İzraildə “Azərbaycan şahzadəsi” adını verdilər FOTOLAR
Xanəndə, bir çox müsabiqələrin laureatı Qoçaq Əsgərov bu dəfə İzraildə keçiriləcək "Ud" festivalına dəvət alıb. SİA-nın verdiyi xəbərə görə, xanəndə noyabrın 8-də paytaxt Qüdsdə bir günlük konsert proqramı ilə çıxış edəcək. Təklif ona Yunanıstanda keçirilən "Womex" festivalında çıxışı zamanı İzraildən olan heyət tərəfindən gəlib. Bu dəfə İzraillilər onu Azərbaycan musiqisinin şahzadəsi adlandıraraq, bu təqdimatla afişaları şəhərin küçələrinə vurublar.
Xanəndənin məlumatına görə, "Ud" festivalı sülhməramlı missiya daşıyır və Şərq və Avropadan olan müxtəlif ifaçılar bu törənə dəvət alıblar.
Q. Əsgərovun saat yarımlıq konserti Rebecca Crown Hall-da nəzərdə tututlub. Çıxışından öncə, YUNESKO-nun eksperti, musiqişünas Sənubər Bağırovanın Azərbaycan musiqisinin tarixi haqqında çıxışı dinləniləcək. Daha sonra musiqiçi heyət "Şur", "Bayatı-Şiraz", "Şüştər" muğamları, xalq mahnıları və təsniflər səsləndirəcəklər.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB