Müğənni Vüsalə Rəcovanın "Sevməyi öyrədim" klipində tərəf müqabili ilə olan sevgi münasibəti həyatda alovlanıb. Cütlüyün sözügedən klipin təqdimatı zamanı gözdən qaçmayan səmimi münasibətinin arxasında sevgi hisslərinin dayandığı bəlli olub. Bunu hər iki tərəf SİA-ya açıqlaması zamanı təsdiqləyib. V. Rəcovanın tərəf müqabili Qafur bəy klipdə etdiyi xəyanətin həyatda əsla təkrarlanmayacağını bildirib.
Qafur bəyin sevgisinə qarşılıq göstərən sənətçi xanım bunları deyib: "Qafur klip təqdimatında mənə sevdiyim ağ gülləri gətirdi. Üzərində qaşlarla adımın baş hərfi həkk olunmuşdu. Qafurun hər atdığı addımda sevgi var və onunla olan dostluğum artıq sevgiyə çevrilib".
Vüsalə qısqanc olduğunu da bildirərək, xəyanəti bağışlaya bilmədiyini dilə gətirib: "Klipdə Qafurun xəyanətini bağışladım. Amma həyatımda bu addımı ata bilmərəm".


.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB