Ekstrasens əməliyyat olundu FOTOLAR

Ekstrasens Aqil Məhərrəmov əməliyyat olunub. Qasıq yırtığından əməliyyat olunan ekstrasens SİA-ya özü açıqlama verib: "Anidən ciddi ağrılarım oldu. Həkimin məsləhəti ilə əməliyyat olunmaq qərarına gəldim. Əməliyyatım çox yaxşı keçdi. Hətta narkozdan təzə ayılanda da həkimlərə gələcək barədə nələrsə demişəm. Hazırda yaxşıyam. Həkimlərə mənimlə xüsusi və çox diqqətli davrandıqları üçün minnətdarlığımı bildirirəm. Allaha şükür ki, çətin günümdə dostlarım məni yalnız qoymadılar. Xüsusilə vurğulayım ki, hər şeydən önəmli sağlamlıqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə