Türkiyəli müğənni Tuğba Özerkin başına iş gəlib. SİA-nın verdiyi xəbərə görə, konsert üçün Ankaraya yola düşən sənətçi avtomobil qəzası keçirib. Hava yağışlı olduğu üçün ifaçının dostunun idarə etdiyi maşın yolda sürüşüb, Tuğba ayağından yaralanıb. Xəstəxanaya aparılan sənətçinin ayağında 6 sümük sınıb. Əməliyyat olunan Özerk konsertini təxirə salmayacağını bildirib: "Ölümdən qayıtdım. İndi yaxşıyam. Konsertlərimi təxirə salmayacam. Oturaraq olsa da, səhnəyə çıxıb, oxuyacam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB