İfaçı qalmaqallardan danışdı

Müğənni Həcər Əliyeva qalmaqallardan uzaq qaçdığını söyləyib. SİA-ya açıqlama verən ifaçı hətta onunla dalaşmaq istəyənlərin çox olduğunu da dilə gətirib: "Xarakterim imkan vermir ki, şou-biznesdə hansısa həmkarımla dalaşım və ya bostanına söz atım. Amma mənə təklif ediblər ki, qalmaqal edərək gündəmdə qala bilərəm. Təbii ki, mən bu dəvəti qəbul etməmişəm. Çünki istəyirəm dinləyicilərim məni və mahnılarımı sevsinlər. Tamaşaçılarımın yaddaşında işlərimlə qalmağa çalışıram. Eyni zamanda da söz-söhbətə ayıracaq vaxtım yoxdur".

Həcər ona reytinq gətirən mahnılarının adlarını da açıqlayıb: "Bu vaxtadək bir neçə bəstələr sələndirmişəm. Amma məni tamaşaçılarıma sevdirən "Peşmanam" və "Deyə bilmədim" mahnılarım olub. Düşünürəm ki, bundan sonra üzərində çalışdığım bəstələrim də mənə uğur qazandıracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə