Xalq artisti Mənsum İbrahimov layihəsindən danışıb. Bu haqda SİA-ya açıqlama verən sənətkar ətraflı məlumat verib: "Bildiyiniz kimi, hər il "Gəncləşən muğam" adlı layihə keçirirəm. O layihədə 50-yə yaxın gənc xanəndələrimiz çıxış edir. Bu il də sözügedən konserti təşkil edəcəyik".
Xanəndə tələbələrindən də söz açaraq, onlara dəstək olduğunu deyib: "Hər zaman xalq tərəfindən qəbul olunmuş tələbələrimə sənət baxımından köməkliyimi əsirgəmirəm. Onu da deyim ki, tələbəm olmuş Təyyar Bayramov artıq əməkdar artistdir. Təbii ki, bu çox sevindirici haldır və onun kimi tələbələrimlə fəxr edirəm. Çünki onlar artıq xalqımıza və incəsənətimizə xidmət edirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB