Humay Qədimovanın çəkisi nə qədərdir?

Humay Qədimovanın çəkisi nə qədərdir?

Tarzən və müğənni Humay Qədimova bu dəfə görünüşündən söz açıb. SİA-nın verdiyi xəbərə görə, tar ifaçısı kökəlmək istədiyini deyib: "Arıq qalmağımın səbəbi yoxdur. Sadəcə iştahım azdır. Gün ərzində beş dəfə yeyə bilərəm. Amma çox az qida qəbul edirəm. Dünyaya gələndə 4 kilo 300 qram olmuşam. Bu çəkim hamını şoka salıb. Amma yeniyətməlik dövründə arıqlamağa başladım. Hazırda daha da arıq olmağıma səbəb iş rejimimdir. Yeri gəlmişkən deyim ki, tar alətində ifa etmək fiziki güc tələb edir. Hazırda çəkim 48 kiloqramdır. Amma məqsədim 55 kilo olmaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə