“Biz sənin övladlarınıq”

Heydər Əliyev Sarayında "Milli dirçəliş günü"nə həsr olunmuş "Biz sənin övladlarınıq" adlı uşaqlar üçün konsert proqramı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, noyabrın 17-də baş tutacaq musiqili-əyləncəli konsert proqramında uşaqları rəngarəng rəqslər, illuziya nömrələri, balaca mahnı ifaçıları və gənc müğənnilərin çıxışı gözləyir.

Qeyd edək ki, saat 14:00-da başlayacaq konsertin biletlərini şəhərimizin kassalarından əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə