Müğənni Elnar Xəlilov yeni mahnısından söz açıb. SİA-ya açıqlama verən ifaçı klip çəkdirmək istədiyini dilə gətirib: "Bildiyiniz kimi, son günlərdə "Sevgidən küsdüm" adlı mahnım işıq üzü görüb. Bəstənin sözləri və musiqisi mənə aiddir. Aranjimanı isə Rüstəm Qurbanovundur. Adıçəkilən nəğməm daha da sevildikdən sonra klip ərsəyə gətirmək istəyirəm. Bu arada iki yeni mahnı üzərində çalışıram. Onları da zamanla tamaşaçılara təqdim edəcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB