Mirkamilin təklifinə Kənan M.M nə cavab verəcək?

Mirkamilin təklifinə Kənan M.M nə cavab verəcək?

Müğənni Mirkamil Kamilov 9 ildən sonra maraqlı addım atacaq. SİA-ya açıqlama verən ifaçı bu haqda ətraflı məlumat verib: "Yaxın günlərdə yeniliklərimlə tamaşaçıları sevindirəcəm. Belə ki, dj Çina ilə maraqlı iş birliyimiz olacaq. Bundan başqa yeni mahnılar üzərində çalışıram. Eyni zamanda albomum işıq üzü görəcək. 8-9 ildir ki, disk ərsəyə gətirmirdim. Buna da səbəb albomumun səviyyəli olması istəyirdim. 5 aya sözügedən diskimi dinləyicilərimə təqdim edəcəm".

Mirkamil rejissor Kənan M.M-dən də danışaraq ona klip çəkməsini istəyib: "Çox istərdim Kənan M.M-lə iş birliyimiz olsun. Düşünürəm ki, Kənan mənim bu təklifimi geri çevirməz".

Bütün xəbərlər Facebook səhifəmizdə