"Eurovision 2011" mahnı müsabiqəsinin qalibi Nigar Camal yeni klipini təqdim edib. SİA-nın verdiyi məlumata görə, sənətçi "Yalan" adlı bəstəyə ekran işi verdirib.
Nəzərinizə çatdıraq ki, klip may ayında Xızıda ukraynalı rejissor Aleks Lamahom tərəfindən lentə alınıb.
Qeyd edək ki, "Yalan" adlı mahnının musiqisi müğənninin prodüseri İsa Məlikova, sözləri isə onun həyat yoldaşı Paulina Məlikovaya məxsusdur. Klipdə rollardan birini aktyor Rauf Əhmədov oynayıb. Klipdə Nigarın imici üzərində stilist Syama və vizajist Fazilə Rəcəbova çalışıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB