Müğənni, aparıcı, şairə Vüsalə Rəcəbova toylardan danışıb. SİA-ya açıqlama verən sənətçi toylara getməkdən imtina etdiyini söyləyib: "Bir il olar ki, qonaq qismində yalnız yaxınlarımın toyuna gedirəm. Biznes baxımından el şənliklərindən imtina etmişəm. Bu da səhhətimlə bağlıdır. Əsas səbəb də səsimin qorunmasıdır. Sağlamlığımız yerində olmasa, səs tellərimizə də öz təsirini göstərir".
İfaçı toylardakı israfçılıqdan da söz açıb: "El şənliklərində süfrəyə yüz cür təam düzülür. İnsanın da bir qarnı var, bir az yeyib doyur. Çox yemək insanın büdcəsi ilə yanaşı, mədəsinə də ziyandır. Əgər toya çəkilən bu qədər xərcdən bəylə gəlinin toydan sonrakı dolanışığı üçün ayrılsa, israfçılıq olmaz. Elə gənclər olur ki, toydan sonra madii problemlə üzləşir. Həmin məbləğ onların ehtiyacını qarşılaya bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB