"Quzu" filmi ilə "Altın portağal" mükafatına layiq görülən rejissor Kutluğ Ataman "Heç bitməyən bir eşq hekayəsi, erotik nağıl" adlı yeni ssenari hazırlayıb. SİA-nın verdiyi xəbərə görə, rejissor yeni filminin layihəsindən bəhs edərkən jurnalistlərə açıqlama verib: "Ekran işində eşq və ehtirasın səbəb olduğu bir cinayətdən söz açılır. Filmdə erotik hekayədən bəhs edilir. Burada eynicinslilərin eşqi əks olunur".
Ekran işində baş rollar aktrisa Hülya Avşar və cinsiyyətini dəyişdirərək kişi olan Rüzgar Erkoçlara həvalə ediləcək. Filmin çəkilişlərinə 2016-cı ildə başlanılacaq. Çəkilişlər Kiprdə, Maraş bölgəsində aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB