Müğənni Vasif Məhərrəmli illər öncə səsnləndirdiyi mahnılardan danışıb. SİA-ya açıqlama verən ifaçı sənətdə qazandığı uğurlara görə özünü xoşbəxt hiss etdiyini də dilə gətirib: "Çox xoşbəxt müğənnilərdənəm ki, mahnılarım unudulmur və hələ də sözügedən bəstələrə təlabat var. "Sənsizlik" mahnım 3 il, "Bakılı qız" bəstəm isə 15 ildir ki, sevənlərim tərəfindən dinlənilir. Bu o deməkdir ki, mən unudulan ifaçılardan deyiləm.
Onu da deyim ki, illər keçsə, nə vaxtsa səhnəni tərk etsəm də, tamaşaçılar hər zaman məni xatırlayacaqlar. Çünki mən bu sənətdə iz qoymuşam. Buna görə də Allahımdan çox razıyam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB