Rejissor-aktyor Kənan M.M maraqlı açıqlama verib. SİA-ya danışan Kənan müğənnilərə mesaj göndərməyi də unutmayıb: "Heç bir müğənninin qaşına-gözünə vurulmamışam. Yaxşı pul versələr, sənətçilərə klip çəkərəm. Türkiyədə də ekran işi ərsəyə gətirənlər bilsinlər ki, orada klip çəkdirməklə Tarkan ola bilməzlər. Sadəcə olaraq bəzi ifaçılar bir-birlərinin acığına qardaş ölkənin rejissorlarına üz tuturlar. Amma həmin klipin qiymətini təəssüf ki, tamaşaçılar bilmir. Onu da deyim ki, bəzi yerli klipmeykirlərimiz türkiyəli rejissorlardan heç də geri qalmır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB