Xalq artisti “Qarabağ” şikəstəsini İtalyada səsləndirdi

Xalq artisti “Qarabağ” şikəstəsini İtalyada səsləndirdi

Xalq artisti Mənsum İbrahimov İtalyada baş tutan konsertindən söz açıb. SİA-ya açıqlama verən sənətkar konsertdən olan təəssüratlarını bizimlə bölüşüb: "Bir neçə gün öncə İtalyada solo konsert verdim. 80 nəfərlik orkestrlə 8 mindən çox tamaşaçının qarşısında çıxış etdim. Həmin konsertdə eyni səhnəni xalq artisti Aygün Bayramovayla bölüşdüm. Sözügedən sənətçiylə konsertin sonunda "Qarabağ" şikəstəsini səsləndirdik. Hər kəs bizi ayaqüstə alqışladı. Orada möhtəşəm konsert verdik".

Xanəndə yaxın günlərdə yeni albomunu da dinləyicilərinin ixtiyarına verəcəyini söyləyib: "Tezliklə yeni albomum işıq üzü görəcək. Artıq bir neçə unudulmuş mahnıları lentə almışıq. Sözügedən diskim yaxın günlərdə hazır olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə