Təranə özünə və qızına doğum günü keçirdi FOTOLAR

Təranə özünə və qızına doğum günü keçirdi FOTOLAR

Prodüser Təranə Səmədova özünün və qızı Suelin ad gününü qeyd edib. SİA-nın verdiyi xəbərə görə, prodüserin məclisinə sənət aləminin tanınmış simaları qatılıb. Qızının 5, özünün 30 yaşını keçirən Təranəni şou-biznes nümayəndələri təbrik edərək, ünvanına xoş sözlər deyiblər.

Gecədə maraqlı anlar yaşanıb. Belə ki, müğənni Nadir Qafarzadə özünə əl qataraq doyunca rəqs edib.

Qeyd edək ki, doğum gününə məşhurlardan müğənnilər Pərvin Lətifov, Nadir Qafarzadə, Ayan Babakişiyeva, Sevinc Ağaşirinova, Ceyla, Elçin Cəfərov, Elvin Abdullayev, Manaf Ağayev, aparıcılar Afaq Gəncəli, İlahə Nizamiqızı, Sərxan Kərəmoğlu, Samir Bayramlı, rəqqasə Fatimə və başqaları təşrif buyurub.

Bütün xəbərlər Facebook səhifəmizdə