Gənc müğəni necə dönüş edəcək?

Gənc müğəni necə dönüş edəcək?

Hər zaman qeyri-adiliyi ilə seçilən müğənni Elvin Mirzəzadə hərbi xidmətdən geri dönüb. SİA-ya açıqlama verən ifaçı əsgərlikdən yeni gəlməsinə baxmayaraq, mahnılar üzərində çalışdığını dilə gətirib: "Bildiyiniz kimi "Can cana" mahnısını özüməməxsus şəkildə oxuyaraq tamaşaçılara sevdirdim. Bu bəstəni ifa edəndə hələ hərbi xidmətə getməmişdim və çox çılğın idim. Hazırda hərbi xidmətdən yenicə qayıtmışam və özümü yaşlı hiss edirəm. Bu da oranın mühitindən asılıdır. Onu da deyim ki, hələ ki, yaradıcılıq işlərimə fasilə vermişəm. Ancaq yaxın vaxtlarda bir neçə yeni bəstəmi dinləyicilərimə təqdim edəcəm. İstəyirəm ki, əsgərlikdən sonra layiqli mahnı ilə dönüş edim".

Bütün xəbərlər Facebook səhifəmizdə