Günel atasının səhhətindən danışdı

Günel atasının səhhətindən danışdı

Türkiyədə yaşayan müğənni Günel Zeynalovanın atası, musiqiçi Rəhman Zeynalov ürəyindən əməliyyat olunub. SİA-nın verdiyi xəbərə görə, Rəhman Zeynalov hazırda özünü yaxşı hiss edir. Bu haqda Günel öz İnstaqram səhifəsində yazıb. O, atasının fotosunu paylaşaraq "Çox şükür... Allah atamızı, anamızı başımızdan əskik etməsin" sözlərini qeyd edib.

Qeyd edək ki, R. Zeynalovun səhhəti qəfildən pisləşərək xəstəxanaya aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə