Aparıcı Xoşqədəm Hidayətqızı türk müğənni Doğuşla ailə həyatı qurması haqda yayılan xəbərlərə bu həftənin bazar günü aydınlıq gətirəcək. SİA-nın verdiyi xəbərə görə, bu barədə aparıcı "Facebook" səhifəsində məlumat verib: "Əzizlərim, sizlər üçün darıxdım. 3 gün mənim üçün 3 əsr kimi oldu. Mən "Səni axtarıram"sız qala bilmərəm. Amma elə bilməyin ki, bu 3 gündə axtarışları unutdum, yox, əksinə 3 ildir aparılan axtarışları yekunlaşdırdım. Bir anaya verəcəyim o xoş xəbər üçün bilsəniz Bakıya necə tələsirəm... Onu da deyim ki, ailə qurmağımla bağlı bütün xəbərlərə bu bazar 22:00-dakı buraxılışımızda münasibət bildirəcəm. Allah hər kəsə kömək olsun".

.jpg)
.jpg)
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB