Kənan M.M: “Rejissorluq sənətini adiləşdiriblər”

Kənan M.M: “Rejissorluq sənətini adiləşdiriblər”

Rejissor-aktyor Kənan M.M iki ildən sonra klip çəkməsinin səbəbini açıqlayıb. Bu haqda SİA-ya rejissor ətraflı məlumat verib: "Əvvəl klip çəkməyə rejissor lazım idi və klipmeykirlik peşəsini bilən çox az insan fəaliyyət göstərirdi. Ancaq indi ekran işi ərsəyə gətirmək üçün fotokameralar kifayət edir. Rejissorluq sənətini adiləşdiriblər, hər kəs klip çəkir. Bu da insanların zövqünün qarışmasına səbəb olur. Hətta sənətçilərimiz bu səbəbə görə, Türkiyədəki rejissorlara üz tuturlar. Onu da deyim ki, mən qardaş ölkədə olan zaman türk rejissoru Teoman Topçuya ekran işlərimi göstərdim. Mənim kliplərimə baxdıqdan sonra söylədi ki, sizin sənətçilər niyə burada klip çəkdirirlər? Xüsusi ilə qeyd edim ki, heç kimin pulunda gözüm yoxdur. Ruzini verən Allahdır. Amma bəzi sənətçilərimiz bilsin ki, Azərbaycanda əksər rejissorlarımızın işləri yüksək qiymətə layiqdir".

Bütün xəbərlər Facebook səhifəmizdə