Xanəndə Qoçaq Əsgərov Şanxayda "Shanghai World Music Festival-2014" festivalı çərçivəsində üç günlük konsert proqramı ilə çıxış edib. SİA-nın verdiyi xəbərə görə, fərqli məkanlarda keçirilən konsertlər maraqla və coşqu ilə qarşılanıb. Sonuncu konsert daha yaddaqalan olub. Qoçaq Əsgərovu və onu müşayiət edən (tarda Şəhriyar İmanov, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov) musiqiçiləri daha geniş publika izləyib. Şanxayın ən iritutumlu konsert məkanlarından birində ilk dəfə səslənən Azərbaycan muğamını festivalın direktoru başda olmaqla, dünyadan ən sayılıb-seçilən nüfuzlu şəxslər dinləyib. Xanəndənin çıxışından öncə musiqişünas, YUNESKO-nun ekperti Sənubər Bağırovanın Azərbaycan musiqisi, muğamları haqqında çıxışı olub. Daha sonra "Mahur", "Şur" muğamları, "Bayatı-Şiraz", "Şüştər" təsnifləri və xalq mahnıları səsləndirirlib. Konsertlər zamanı Q. Əsgərovun diskləri satışa çıxarılıb.
Qeyd edək ki, Qoçaq Əsgərovun festival çərçivəsində konsertləri yerli telekanallar vasitəsi ilə işıqlandırılıb. Eyni zamanda xanəndə festivaldan kənar, ayrıca konsertlər vermək üçün təkliflər alıb.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB