Kənan M.M iki ildən sonra hansı sənətçiyə klip çəkdi? FOTOLAR
Müğənni, aparıcı və şeir kitabının müəllifi Vüsalə Rəcova "Sevməyi öyrəndim" adlı yeni klipini və diskini təqdim edib. SİA-nın verdiyi xəbərə görə, sözügedən ekran işini rejissor Kənan M.M lentə alıb. Vüsalə Rəcəbovanın mahnısına çəkilən ekran işinə görə Kənana minnətdarlıq edib: "Əvvəlcə onu deyim ki, xoşbəxt müğənniyəm ki, mənim müəllimim Mənsum İbrahimovdur. Digər xoşbəxtliyim ondadır ki, xalq artisti Arif Babayev mahnılarını onun icazəsi ilə oxumuşam. O da bəyənib. Demək ki, pis oxumuram. Bu gün təqdim olmuş klipimə gəldikdə isə, onu ekranlaşdıran Kənan M.M təşəkkürümü bildirirəm. Çünki o insan artıq 2 il idi ki, klip çəkmirdi. Sağ olsun ki, təklifimi dəyərləndirdi".
Rejissor Kənan M.M də fikirlərini bölüşüb: "Təxminən 2 ildən artıq müddət idi ki, klip çəkmirdim. Vüsalə mənə klip çəkməyimi təklif edəndə razı oldum. Çünki o, dostdur. Mənə bu işi zəng edib təklif edəndə dedi ki, ilk işimi səninlə başlamışam. Başqa rejissorun qapısına getmək istəmirəm. Vəfalı insana, vəfalı davranmaq, boynumuzun borcudur".
Bəstənin söz və musiqisi ifaçının özünə, aranjemanı isə Rəşad Bağırova məxsusdur.
Qeyd edək ki, tədbirdə xalq artistləri Arif Babayev, Mənsum İbrahimov, Niyaməddin Musayev, muğam ifaçısı Babək Niftəliyev, müğənni Vasif Məhərrəmli, Mirkamil Kamilov, aşıq Zülfiyyə, meyxanaçı Ağamirzə, aparıcı Şəhriyar Əbilov və başqaları iştirak edərək səbəbkarın ünvanına xoş sözlər deyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB