"Şarm" qrupu qalmaqallı duet ortaqlarından söz açıb. Bu haqda SİA-ya qızların özləri açıqlama verib: "Repertuarımıza hər zaman həzin mahnılar daxil etmək istəmişik. Lakin bu, böyük qalmaqallara səbəb olub. Odur ki, bundan sonra hansısa həmkarımızla duet oxumaq fikrinə düşsək, həmin kəsi özümüz seçəcəyik. Onu da deyim ki, bu vaxtadək duet ortaqlarımız bizdən çox məşhurluq qazanmayıblar".
Qrupun üzvləri yaradıcılıqlarında olan yenilikdən də danışıblar: "Hazırda yeni mahnı yazdırmışıq. Lakin sözügedən bəstəyə 3 dəfə sözlər yazılsa da, bəyənməmişik. İstəyirik ki, həmin mahnıya qeyr-adi və düşündürücü sözlər yazılsın. Ümid edirik ki, yaxın günlərdə istəyimizə nail ola bilib, dinləyicilərimizə yeni bəstəmizi təqdim edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB