Teleaparıcı nişanlandı

Teleaparıcı Ramin İbrahimov nişanlanıb. SİA-nın verdiyi xəbərə görə, aparıcı bu haqda sosial şəbəkədə yazıb: "Çox sevincliyəm. Allah hamımıza belə gözəl gün nəsib etsin. Sevdiyim xanımla, ilk baxışdan aşiq olduğum mələyimlə nişanlanıram".

Qeyd edək ki, R.İbrahimov Nəzrin adlı xanımla nikah masasına oturmağa hazırlaşır. Sentyabrda cütlüyün "həri" mərasimi olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə