Müğənni Rəqsanə İsmayılova ibrətamiz addım atıb. Səhhəti ilə bağlı yardım istəyən Abbasa müğənni Rəqsanə yardım əlini tutub. Belə ki, əməliyyatı Almaniyada baş tutacaq Abbasın müalicə haqqının çox hissəsini sənətçi öz boynuna götürüb. Bu haqda SİA-ya ifaçının özü məlumat verib: "Abbasa kömək etmək istəyirəm. Bilirəm ki, Abbasın əməliyyatı üçün böyük məbləğdə pul lazımdır. Mən yığılan məbləğin çox hissəsini öz üzərimə götürürəm. Mənim etdiyim yardım halaldır. Çünki bu yardımı səhər saatlarına kimi oxuduğum toylardan qazandığım pulla edirəm. Heç bir kişinin pulu ilə bu yardımı etmirəm. Bəziləri var ki, kimlərəsə güvənib xeyriyyə adımlarını atır. Nə atam, nə qardaşım, nə də arxamda pullu adam yoxdur ki, mənə pul versin. Elə vaxt olub ki, Aysunun telefonunu satıb, problemimi həll etmişəm. Gərək yardımı da təmiz ürəklə edəsən".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB