Bilgəh Qocalar evində xeyriyyə məqsədi ilə tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimə şou-biznes nümayəndələri də təşrif buyurub. Onlardan xalq artisti Flora Kərimova, müğənnilərdən Kərim Abbasov, Roza Zərgərli, Elnar Xəlilov, Aysel Əlizadə, Sevinc Ağaşirinova, Ceyhun Neymətov, Həcər, Vüqar Muradov, Elvin, qruplardan "Cahan" və "Şarm", media mənsubları və başqları iştirak edib.
Məşhurlar da tədbirdə söz alaraq Azərbaycanda Qocalar evi olduğu üçün məyus olduqlarını deyiblər. Daha sonra onlar üçün mahnılarını səsləndirərək, yaşlıları əyləndirməyə çalışıblar.
Tədbirin təşkilatçıları Bilgəh Qocalar evində xeyriyyə məqsədilə keçirdikləri mərasimdə onlara kömək edənlərə təşəkkürlərini bildirərək qocalara hər zaman hörmət etdiklərini diqqətə çatdırıblar.
Qeyd edək ki, mərasim Qocalar evinin sakinlərinin rəqsləri ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB