Çalışqan bəstəkardan yeniliklər

Dayanmadan yaradıcılığında yeniliklər edən bəstəkar Nazim Məmmədov bu dəfə də ənənəsinə sadiq qalıb. SİA-ya açıqlama verən məşhur hazırda çalışdığı sənətçilərin adlarını açıqlayıb: "Natəvan Həbibi ilə sözləri Vüsaləyə, musiqisi mənə aid olan mahnı üzərində çalışırıq. Niyam Səlami üçün dini bəstə hazırlayıram. Hazırda aranjiman işləri gedir. Vüsalə Rəcəbova da sözləri və musiqisi mənə məxsus olan "Canım" mahnısını tezliklə tamaşaçılara təqdim edəcək. Onu da deyim ki, bütün adını çəkdiyim bəstələri Fərid İman aranjiman edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə