Aktyor uşaqlıqdan məşhur olacağını bilirmiş

Aktyor uşaqlıqdan məşhur olacağını bilirmiş

Türkiyənin sevilən müğənnisi, model və aktyor Gökhan Keserdən xəbər var. SİA-nın verdiyi məlumata görə, sənətçi Antalyada gecə klubunun açılış gecəsində iştirak edib. M

üğənni sözügedən məkanın açılışında jurnalistlərə verdiyi açıqlamasında keçdiyi sənət yolu barəsində danışıb: "Mən "Selena" dizisindəki rolumla, Sıla ilə duetimlə, daha sonra isə "Survivor" layihəsinə qatılmaqla daha da məşhurluq qazanmışam. Bu da məni çox xoşbəxt edir."

Müğənni bu yaxınlarda imza günləri keçirdiyini də dilə gətirib: "İmza günlərimə 88 min insan qatıldı. Bizi çox yaxşı qarşıladılar. Onu da deyim ki, hələ orta məktəbdə oxuyarkən imzamı təkmilləşdirirdim ki, gələcəkdə məşhur olaramsa, imzam yaxşı alınsın".

Bütün xəbərlər Facebook səhifəmizdə