Rejissordan yenilik

Rejissor Nail Naiboğlu yaradıcılığında yenilik edəcək. SİA-ya açıqlama verən rejissor ilk dəfə olaraq kino çəkəcəyini deyib: "Uzun müddətdir ki, kino çəkməyi arzulayırdım. Bilirəm ki, ekran işi səs-küy yaradacaq. Burada ehtiras, eşq, intiqam var. Filmdə model Sofi Şah rol alacaq. Gənc aktyorlara müraciət etmişəm. "Təhminə" filmindən sonra reytinq gətirəcək növbəti ekran işi "Qırmızı bibər" olacaq. Artıq çəkilişlərə başlamışıq".

Bütün xəbərlər Facebook səhifəmizdə