Türkiyənin tanınmış müğənnisi İrem Dericidən xəbər var. SİA-nın verdiyi məlumata görə, "Mimar Sinan güzel sanatlar" universitetinin pianino fakultəsinin məzunu olan İrem Derici aprel ayında "Kalbimin tek sahibine" adlı albomundakı mahnılarından ibarət olan konsert verib. O, sözügedən gecədə 15 min TL qazanıb. Amma bu il müğənni qiymətini 3 dəfə artırıb. Belə ki, İrem Derici bundan sonra 45 min TL-yə səhnəyə çıxacaq.
Qeyd edək ki, ifaçı "O ses Türkiye" yarışması ilə məşhurluq qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB