Miri Yusif sevənlərə xoş xəbər

Müğənni Miri Yusif sevənlərə xoş xəbər var. SİA-nın verdiyi xəbərə görə, sənətçi Heydər Əliyev Sarayında yanvar ayının 10-da tamaşaçılarının qarşına çıxacaq. İfaçının konserti saat 19:00-23:00-dək davam edəcək. Miri Yusif konsert zamanı ən sevilən bəstələrini səsləndirəcək.

Qeyd edək ki, konsertin biletləri 20-130 manat arasında satışa çıxarılıb. Biletləri şəhərin kassalarından əldə edə bilərsiz.

Bütün xəbərlər Facebook səhifəmizdə