Elçin Hüseynovu özündən çıxardılar

Elçin Hüseynovu özündən çıxardılar

Müğənni Elçin Hüseynov ona paxıllıq edənlərin sayının çox olduğunu deyib. SİA-ya açıqlama verən sənətçi bu haqda ətraflı danışıb: "Bildiyiniz kimi müğənniliklə yanaşı, bizneslə də məşğul oluram. Şəxsi restoranım var. Kifayət qədər də toylarım var. Bir sözlə normal gəlirim var. Ətrafımda olan insanlar da buna görə mənə paxıllıq edirlər. Hətta adıma xələl gətirəsi sözlər danışırlar. Ancaq yaxından tanıyan insanlar bilir ki, mən necə biriyəm. Haqqımda lazımsız sözlər danışanlar qanun yolu ilə cavablarını alacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə