Aktyor evə buraxıldı FOTOLAR

Bursada düşdüyü motosiklet qəzası nəticəsində iki əli biləyindən qırılan türkiyəli aktyor Tamər Qaradağlı xəstəxanadan evə buraxılıb. SİA-nın verdiyi xəbərə görə, əl barmaqlarını tərpədə bildiyini söyləyən Tamər 3 ay ərzində müalicə alacaq.

Qeyd edək ki, yola tökülmüş zeytun yağı səbəbindən idarəetməni itirən aktyor kaskası və jileti sayəsində qəzadan yüngül xəsarətlərlə xilas olub.

Bütün xəbərlər Facebook səhifəmizdə