Müğənni yenidən ana olacaq

Sentyabrın 28-də telejurnalist Ərxan Çəliklə ailə quran türkiyəli müğənni Gülbən Ərgənin 4 aylıq hamilə olduğu iddia edilir. SİA-nın verdiyi xəbərə görə, artıq körpənin cinsiyyəti də məlumdur. Sənətçinin qızı olacaq. Məlumatı cütlüyün yaxınlarından biri yayıb. O deyib ki, doğulacaq körpənin qız olması Gülbənlə Ərxanı çox sevindirib.

Qeyd edək ki, G.Ərgənin əvvəlki nikahından üç, Ə.Çəlikin isə bir oğlu var.

Bütün xəbərlər Facebook səhifəmizdə