Uzun illərdən sonra modelimiz vətəndə!

Uzun illərdən sonra modelimiz vətəndə!

Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı model Könül Əzizova illər sonra doğma Bakıya üz tutub. SİA-ya danışan model təəssüratlarını bölüşüb: "Çox qısa müddət ərzində Bakı fantastik dərəcədə dəyişib. Şəhər çox gözəl, müasir olub. Mənim üçün Şərqlə Qərbin birləşdiyi şəhərimdən gözəli yoxdur. Onu da deyim ki, İçərişəhərin küçələrini gəzdim və türk dostlarım üçün hədiyyələr aldım".

Qeyd edək ki, Könül Əzizova 2010-cu ildə Azərbaycanı Türkiyədə keçirilən "Cehiz-şou" proqramında təmsil edib. Həmçinin model "Beni Böyle Sev" serialında rol alıb, "Evos angels" dərgisi isə onu ayın gözəli seçib.

Bütün xəbərlər Facebook səhifəmizdə