Müğənni Gülay Zeynalova yetərincə uğur qazandığını düşünür. SİA-ya açıqlama verən ifaçı sənətə gəldiyi gündən öz dəsti-xətti ilə addımlamağa çalışdığını deyib: "Allahıma şükür edirəm ki, fəaliyyətim boyu yetərincə uğur qazanmışam. Ən əsası yeni nəsil ifaçılar arasında seçilməyə müvəffəq olmuşam. Repertuarımda yer alan mahnılar bu gün tamaşaçı rəğbətinə səbəb olursa, deməli az iş görməmişəm".
Qeyd edək ki, Gülay yaxın vaxtlarda "Mən səninləyəm" adlı yeni mahnısına klip çəkdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB