İlahə İbadova kimləri özünə duet ortağı seçdi?

İlahə İbadova kimləri özünə duet ortağı seçdi?

"Xalq ulduzu" yarışmasının uğurlu ifaçılarından olan İlahə İbadova yeni yaradıcılıq işləri vəd edir. Bu haqda SİA-ya İlahənin özü məlumat verib: "Həmkarım Kamil Cəfərovla birgə "Almağa gəlin" adlı xalq mahnısını duet oxumuşuq. Sözügedən dueti bu həftə təqdim edəcəyik. Növbəti duet isə vokal ifaçısı Samir Cəfərovla nəzərdə tutulub. Vətənpərvər ruhda lentə yazılacaq mahnının müəllifi Altay Yaşardır. Bəstə "Vətən" adlanır. Kompozisiyanı video görüntülərdə də əks etdirməyi düşünürük. Musiqi və sözlər artıq duetin uğurlu alınacağından xəbər verir".

Bütün xəbərlər Facebook səhifəmizdə