Xanəndə Qoçaq Əsgərov Çinin ən böyük şəhəri olan Şanxayda " Shanghai Üorld Music Festival-2014" festivalı çərçivəsində üç günlük konsert proqramında iştirak edəcək. SİA-nın verdiyi xəbərə görə, oktyabrın 16-da ifaçı heyətlə yola düşəcək. Konsertlərdən ikisi açıq havada, biri bağlı fərqli məkanlarda keçiriləcək. Xanəndənin çıxışından öncə musiqişünas, YUNESKOnun eksperti Sənubər Bağırovanın Azərbaycan musiqisi, muğamları haqqında çıxışı dinləniləcək.
Q.Əsgərov bildirib ki, dəvət ona dünya ulduzlarının konsertini təşkil edən məhşur menecer Lijiang Tang tərəfindən edilib. Qocaq Əsgərovun İngiltərədə verdiyi konserti dinləyən menecer onun avazını festival dinləyicilərinə eşitmək qərarına gəlib. Repertuara gəlincə, azərbaycanlı xanəndə "Mahur", "Şur" muğamları, "Bayatı-Şiraz", "Şüştər" təsnifləri və xalq mahnıları səsləndirəcək. Onu tarda Şəhriyar İmanov, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov müşayiət edəcəklər.
Qeyd edək ki, konsertin afişaları artıq Şanxayın küçələrinə vurulub. Orada Qocaq Əsgərov ictimaiyyətə "Azərbaycan muğamının şahzadəsi" kimi təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB