Aytac Vidadiqızına böhtan atan əməkdar artist kimdir?

Aytac Vidadiqızına böhtan atan əməkdar artist kimdir?

Müğənni Aytac Vidadiqızı haqda xoşagəlməz şayiələr dolaşır. Bu haqda SİA-ya sənətçinin özü danışıb: "Haqqımda gəzən söz-söhbətlər son günlər əhvalımı korlayır. Bildirirlər ki, atamın qəbrini ziyarət etmirəm və bunun kimi barəmdə digər qıcıq yaradacaq sözlər danışırlar. Haqqımda xoşagəlməz sözlər deyən insanlara bildirmək istəyirəm ki, hazırda atamın yolunu davam etdirirəm. Onun adına xələl gətirəcək, utanc verici heç nə etməmişəm. Ən əsası isə ata itkisini mən yaşayıram. Məni şou-biznesin soyunmaqla, əməliyyatlarla gündəmə gələn müğənniləri ilə səhv salırlar. Atamın ölümündən sonra ailəmizin bütün məsuliyyətini mən daşıyıram. Heç soruşan yoxdur ki, Vidadi Bərdəlinin ailəsi nece yaşayır? Bilirəm ki, bütün bunlar sifarişlə olan söhbətlərdir. Mən bu söz- söhbəti yayan insanın kimliyini artıq öyrənmişəm. Həmin kəs qadın ifaçısı, əməkdar artistdir. Ona ayıb olsun ki, qızı yaşındayam, mənimlə mübarizə aparır".

Bütün xəbərlər Facebook səhifəmizdə