Sənətçilər bir arada

Türkiyəli tanınmış müğənni Semra Sandan yeni xəbər var. SİA-nın verdiyi məlumata görə, aktrisalıq peşəsinə daha da yaxşı yiyələnmək üçün musiqiyə 2 illik fasilə verən Semra San "Kendinə iyi bak" adlı yeni klipi ilə sənətə geri dönüb. Sənətçi kanalların birində bu barədə açıqlama verib: "Uzun müddətdir ki, yeni klip lentə aldırmaq istəyirdim. Yusuf Güneyin "Kendinə iyi bak" bəstəsini ilk dəfə eşidəndə çox bəyəndim və bu mahnını duet şəklində oxumağı qərara aldıq. Məncə çox gözəl ekran işi alınıb. Güman edirəm ki, sizlərdə bəyənəcəksiniz".

Bütün xəbərlər Facebook səhifəmizdə